Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. Azia.az qafqazinfo-ya istinadən bildirir ki, bununla bağlı yeni icra başçısı Elxan İbrahimov Əmr imzalayıb. Əmrə əsasən, icra başçısının müavini Ramiz Quliyev vəzifəsindən azad edilib.
Qeyd edək ki, R.Quliyev 4 il idi bu vəzifədə çalışırdı. Daha əvvəl R.Quliyev Şəhərsalma və Arxitektura Komitəsində Regionlarla İş şöbəsində şöbə müdiri vəzifəsində çalışıb.