Azərbaycan Ukraynaya 44 milyon dollar yardım göndərib -RƏSMİ AÇIQLAMA
2025-ci ildə Suriyaya 200 ton, Ukraynaya 44 milyon dollardan çox dəyərdə humanitar yardım göndərilib.
Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov XİN-də ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Eləcə də kiçik ada dövlətlərinə, etnik azlıqların yaşadığı ölkələrə təhsil qarntları çərçivəsində vəsaitlər ayrılıb”.
Nazir həmçinin bildirib ki, regiona investisiyaların cəlb edilməsi üçün Azərbaycan xarici ölkələrlə müvafiq təmaslar aparıb: “Ölkəmiz enerji və iqtisadi layihələrin icrasında təşəbbüslər irəli sürüb və əməli addımlar atıb”.