azia.az
azia.az

Dövlət katibi: İrəvan və Bakıya kömək etməyə hazırıq

Bu gün, 13:41

Biz dünyada münaqişələrin, o cümlədən Amerikanın gündəlik həyatında mərkəzi olmayan münaqişələrin həllində iştirak etməyə davam edirik.

Xəbər verilir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

O, ABŞ Prezidenti Donald Trampın sülhməramlı rolunu özünün prioriteti hesab etdiyini vurğulayıb.

ABŞ Dövlət katibi əlavə edib ki, istər Rusiya, Ukrayna, Hindistan və Pakistan, istər Tayland və Kamboca olsun ki, bu, davam edən bir məsələdir. “Yəni istər Ermənistan, istərsə də Azərbaycan olsun, biz həmişə mümkün olduqda müharibənin qarşısını almaq və ya münaqişələrə son qoymaq üçün, vasitəçi rolunu oynamaq üçün imkanlar axtarırıq. Və təbii ki, bu halların çoxunda insanları danışıqlar masası arxasına gətirə və razılığa gələ, sonra isə icra prosesinə başlaya bilərsiniz", - o qeyd edib.

Rubio vurğulayıb ki, bildiyiniz kimi, bu münaqişələrin bəzilərinin uzun illər əvvələ gedib çıxan dərin kökləri var. “Lakin biz, bəlkə də, digər ölkələrin edə bilmədiyi şəkildə əlaqə saxlamağa və kömək etməyə hazırıq", - deyə o qeyd edib.

Mürtəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi