Bolt Accelerator Demo Day: Azərbaycanda innovasiya və sahibkarlığı dəstəkləyən final təqdimatı uğurla başa çatdı
Bolt Accelerator Demo Day: Azərbaycanda innovasiya və sahibkarlığı dəstəkləyən final təqdimatı uğurla başa çatdı
Bakı, 2025-ci il — Bolt Azərbaycan və SUP VC əməkdaşlığı ilə həyata keçirilən “Bolt Accelerator” proqramının final mərhələsi olan Demo Day – Final Təqdimat Günü uğurla keçirilib. Radisson Hotel Baku-da baş tutan tədbirdə finalçı komandalar öz biznes ideyalarını münsiflər heyəti və geniş auditoriya qarşısında təqdim ediblər.
Tədbirdə ölkənin müxtəlif bölgələrindən olan sürücülər, kuryerlər, gənc sahibkarlar, startap həvəskarları, media nümayəndələri və investorlar iştirak edərək innovativ layihələrlə yaxından tanış olublar. Demo Day iştirakçılar üçün həm ideyalarını nümayiş etdirmək, həm də yeni əməkdaşlıqlar qurmaq baxımından mühüm platforma rolunu oynayıb.
Ramil Məhərrəmov, Bolt Azərbaycan Əməliyyatlar meneceri:
“Bolt Accelerator proqramı ilə məqsədimiz sürücü və kuryer icmasını iqtisadi cəhətdən gücləndirmək, onların sahibkarlıq potensialını üzə çıxarmaqdır. Demo Day göstərdi ki, Azərbaycanda innovativ ideyalar və təşəbbüskar ruh güclüdür.”
Tədbirin gedişi
Demo Day proqramı qeydiyyat və şəbəkələşmə sessiyası ilə başlayıb. Ardınca Bolt və SUP VC nümayəndələrinin açılış nitqləri səsləndirilib, proqramın mərhələləri və nəticələri təqdim olunub.
Daha sonra 20 finalçı komanda iki hissə üzrə çıxış edərək urban mobillik, logistika, EdTech ( təhsili texnologiya vasitəsilə daha effektiv, əlçatan və innovativ edən həllər və platformalar) və sosial təsir sahələrini əhatə edən biznes ideyalarını təqdim ediblər. Çıxışlardan sonra münsiflər heyəti məsləhətləşmə apararaq qalibləri müəyyən edib.
Münsiflər heyətinə Bolt-un Əməliyyatlar üzrə Baş meneceri Ramil Məhərrəmov, Əməliyyatlar üzrə Baş meneceri Fərid Əbdulzadə, BMU Texnopark direktoru, Vüsal Süleymanlı və “Qafqaz Ventures” şirkətinin nümayəndəsi, Samir Hacıbəyli daxil olub.
Qaliblər və layihələr
Bu il Azərbaycanda keçirilən Bolt Accelerator proqramının ümumi mükafat fondu 36 500 AZN təşkil edib. Qalib layihələr aşağıdakılardır:
SUP VC-nin İcraçı Direktoru Rəşad Eyvazov bildirib:
“Bolt Accelerator Demo Day Azərbaycanda güclü ideyalar və böyük potensialın mövcud olduğunu bir daha göstərdi. SUP VC olaraq erkən mərhələli sahibkarları resurs, mentorluq və şəbəkə ilə dəstəkləyərək dayanıqlı bizneslərin formalaşmasına töhfə veririk. Bolt ilə əməkdaşlığımız innovasiya ekosisteminin inkişafına real dəyər qatır.”
1-ci yerin qalibi Abdulla Bəşiroğlu isə qeyd edib:
“Bolt Accelerator proqramı mənim üçün ideyanı real biznes modelinə çevirmək baxımından böyük imkan yaratdı. Aldığımız mentorluq, bilik və dəstək Stride layihəsinin gələcək inkişafı üçün möhkəm əsas oldu. Bu proqram gənc sahibkarlar üçün əvəzolunmaz təcrübədir.”
Proqram haqqında
Bolt Accelerator, Bolt-un qlobal Urban Fund təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir və sürücü və kuryerlərin iqtisadi imkanlarının artırılmasına, innovativ biznes ideyalarının dəstəklənməsinə yönəlib. Proqram Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Avropada uğurla icra olunaraq 30-dan çox biznes ideyasının reallaşmasına dəstək verib.