Canavar kəndə hücum EDİB 5 nəfərə xəsarət yetirdi..-ŞƏKİDƏ DƏHŞƏT
Şəkidə canavar kəndə hücum edib.
Xəbər verilir ki, hadisə bu gün axşam saat 23 radələrində rayonunun Bideyiz kəndi ərazisində baş verib.
Hücum nəticəsində ikisi qadın, 1-i uşaq olmaqla 5 nəfər xəsarət alıb.
Xəsarət alan 1998-ci il təvəllüdlü Nazilə Qurbanova, 1976-cı il təvəllüdlü Sevinc Qurbanova, 1973-cü il təvəllüdlü Gündüz Lətifov, 1998-ci il təvəllüdlü Fariz Lətifov və 2020-ci il təvəllüdlü Zaur Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıraparılır.