azia.az
azia.az

BİNƏ TİCARƏT MƏRKƏZİNDƏ PARTLAYIŞ

14-12-2025, 22:59

Binə Ticarət Mərkəzində saatlardır elektrik enerjisinin kəsildiyi bildirilir.

Manset.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunur ki, soyuq hava və qaranlıq səbəbindən mağaza sahibləri obyektləri erkən bağlamaq məcburiyyətində qalıb.

Məlumata görə, ticarət mərkəzinin yaxınlığında yerləşən 35 kV-lıq transformator partlayıb.

Nəticədə ticarət mərkəzinə elektrik verilişində fasilə yaranıb.

Hazırda problemin aradan qaldırılması üçün müvafiq qurumlar tərəfindən işlər aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi