Kərə yağını soyuducuya qoyanlar üçün xəbərdarlıq
Mətbəxin ən əsas qidalarından biri olan kərə yağının soyuducuda saxlanması çoxlarının gündəlik vərdişidir. Lakin qida mütəxəssisləri bu alışqanlıqla bağlı vacib xəbərdarlıq edirlər.
Mütəxəssislərin fikrincə, kərə yağı əslində otaq temperaturunda istifadəyə daha çox uyğun olur və doğru qabda saxlanıldığı halda iki həftədən artıq təzə qala bilir. Bu üsul həm də qida israfının qarşısını alır.
Wheeldon Brothers şirkətinin mütəxəssisləri bildirir ki, xüsusilə duzlu kərə yağı düşündüyümüzdən daha davamlıdır. İnsanlar çox vaxt yağın yumuşalmasını xarab olma ilə səhv salaraq onu zibilə atır. Halbuki kərə yağı aşağı rütubətə və az miqdarda protein-karbohidrat tərkibinə malik olduğundan bakteriya və kif üçün əlverişli mühit yaratmır.
Mütəxəssislər kərə yağını açıqda və yalnız orijinal kağız qablaşdırmada saxlamağın bakteriya yaranmasına səbəb ola biləcəyini bildirir. Buna görə mütləq qapaqlı yağ qabından istifadə olunması tövsiyə edilir.
Günəş alan yerlər və soba ətrafı kimi isti nöqtələrdə saxlanması isə qətiyyən məsləhət görülmür.
Kərə yağını soyuducuda saxlamağı üstün tutanlar üçün isə mütəxəssislər bildirir:
Duzlu kərə yağı soyuducuda 1-2 ay,
Dondurucuda isə 9 aya qədər saxlamaq olar.
Lakin soyuducuda saxlanılan yağın çox bərkiməsi bir çox insanın ehtiyacından artıq kəsməsinə və nəticədə israf olmasına səbəb olur. Tez-tez masada yumşalması da əlavə itki yaradır.
Bu səbəbdən mütəxəssislər sadə saxlanma qaydaları ilə həm israfın qarşısını almağın, həm də yemək hazırlığını daha rahat etməyin mümkün olduğunu deyirlər.
Kərə yağını soyuducuda saxlamanın zərərləri
Digər qidaların qoxusunu tez çəkir və dadı dəyişir.
Bərkidiyi üçün sürtmək çətinləşir.
Teksturası korlana bilər, kristallaşma yarana bilər.
Yağ-su ayrımı nəticəsində keyfiyyəti aşağı düşür.//Milli.Az