azia.az
azia.az

Hər halımızın ön səbəbi...

Dünən, 23:02

.. Əlbəttə ki, özümüz...
Baxışlarımız, düşüncələrimiz, münasibətimiz, istəklərimiz, ehtiyaclarımız, xarakterimiz, mənəvi durumumuz, inanclarımız və stresə qarşı dözümümüz...
Bütün bunlar hər kəsdə fərqli olsa da, qarşılaşdığımız durumlar da hər zaman fərqli olur. Fərqli və oxşar təzadlarla dolu dünyanın ömür səhifəsi yaranmış və yaşam anlamlarının dilək çözümü ilə vərəqlənsə də bu səhifə mənlik durumlarımın sonsuz zərbələri və eyni zamanda iltifatı ilə fərqli rənglər alır.
Bu rənglər içərisində artıq öz halımız silinir. Qəlbimizdə isə kölgəsi yaşayır. Bəli, həyat kölgə kimi də öz rolunu oynayır. Fərqli yaşam, durum, öyrəntilər bu oyunu dayandıra bilmir.
Yaşam amacı ilə yönləmən yollarda bir çox birləşmələr də “özümüzünkü” adı alır.  Həyatımızın hər addımı bu birləşmələrin təsiri altında...
Öz həyatımız, öz işimiz, öz evimiz, öz dostlarımız, öz uşaqlarımız, öz qohumlarımız və sairə.
Bəli, bu ürəyigeniş insanların kəlamlarıdır.
Təəssüf ki, bütün bunları təklik, mənlik kəlamları altında söyləyənlər də var. Yəni, özümüz yox, özüm, bizim, yox mənim...
Məncə, özümüzünkü yalnız bədənimizdi, onu da özümüz yaratmamışıq. Həyatda nə isə etmək və yaratmaq üçün isə tək özümüz bəs etmirik.
Lüt, ac səhrada olmuruq.
Yaşamaq, işləmək, oxumaq, yaratmaq, qazanmaq tək başına mümkün deyilsə, demək ki, “özümün” sözünü işlətməməliyik. Düşüncələr belə bu həyatda yaranır, öyrəndilərindən yaranır.
Dünyaya gəldiyimiz ilk gündən qocalana qədər öyrənirik. Yanımızda, ətrafımızda nə varsa ordan.
Fikrilər də öyrəntinin məhsuludur. İstəklər isə ehtiyacların...
Bütün bunlar fərqli insan toplumu yaratsa da, ehtiyac və istəklərin fərqli durumları olsa da, hər bir qəlbdə başqa bir dünya yaransa da, qabiliyyətlərimiz arzularla uyğunlaşmasa da, həyatda hər birimizin az və ya çox xoş günləri mütləq olur.
Bu xoş günlər də özümüzün olur... Onu paylaşmaq istəyənlər də olur...

Sənubər Səhər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi