Dövlət Vergi Xidmətinin əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əməkdaşları Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” publik hüquqi şəxsin müraciəti əsasında talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə növbəti könüllü qanvermə aksiyasında iştirak ediblər. ![]()
Aksiyaya DVX-nin Mərkəzi Aparatının və Bakı şəhəri ərazisində fəaliyyət göstərən struktur bölmələrinin 300-dən çox əməkdaşı donor qismində qatılıb. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq. ![]()
Xatırladaq ki, vergi xidməti əməkdaşları hər il belə aksiyalarda yaxından iştirak edirlər