azia.az
azia.az

Ramiz Mehdiyevin istefası təsdiqlənməmiş,həmin posta onların adı çəkilir

15-02-2022, 12:37

Ramiz Mehdiyevin istefası təsdiqlənməmiş,həmin posta onların adı çəkilir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib. İstefa ərizəsi təsdiq olmamış artıq Mehdiyev postuna bir neçə namizədlərin adlarına da rast gəldik. Maraqlıdır AMEA prezidenti postuna adı çəkilən şəxslər kimdlərdir.

Siyahıda ən çox AMEA-nın birinci vitse prezidenti olan Arif Həşimovun adı çəkilir.

Arif Həşimov 28 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərindən anadan olub. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olmuş, 1971-ci ildə institutu bitirdikdən sonra AMEA Fizika İnstitutunun "Elektrofizika" laboratoriyasında işləməyə başlayıb. Hazırda laboratoriya "Yüksək gərginliklərin fizikası və texnikası" adlanır və Arif Həşimov onun rəhbəridir. O, 1980-cı ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafıə edib.

O, 2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilmiş və bu vəzifəni 01.06.2009-cu ilə qədər icra edib. Həşimov bir neçə il Azərbaycan Dövlət Neft Akademiyasında mühazirələr oxumuş və "Yüksək gərginliklər texnikası və elektrotermiki qurğular kafedrası"nın professoru olub. Hazırda Azərbaycan Texniki Universitetin professorudur. Azərbaycan MEA Fizika İnstitutunda fəaliyyət göstərən doktoru alimlik dərəcəsi verən şuranın sədri (2002–2008-ci illər) və Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjilayihə İnstitutunda elmlər doktoru alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuranın üzvü (1994–2005-ci illər) olub "Energetikanın problemləri" jurnalının baş redaktorunun müavini, "Fizika" jurnalının redaksiya heyətinin üzvüdür.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının I vitse prezidentidir və müvəqqəti Ramiz Mehdiyevin səlahiyyətlərini icra edir.

Ramiz Mehdiyevin istefası təsdiqlənməmiş,həmin posta onların adı çəkilir
Mehdiyev postuna adıçəkilən ikinci şəxs keçmiş təhsil naziri olan Misir Mərdanovdur.

Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olub.

1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbini bitirib və Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olub.

1969-cu ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirmiş və təyinatla Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır.Həmin ilin noyabrında Azərbaycan Dövlət Universitetinə yəni aspiranturasına daxil olub.

1973-cü ildən ADUnun Həndəsə kafedrasında assistant kimi fəaliyyətə başlayıb.

1973-cü ilin mayında Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib və 1973 cü il SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

1978-1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini, 1980-1989-cu illərdə Diferensial tənliklər kafedrasının dosenti kimi "Optimal idarəetmənin riyazi üsulları və variasiya hesabının əsasları” fənnindən mühazirə oxumuş və ixtisas kursları aparıb.

1981-ci il 25 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını alıb.

1989-cu ilin iyunundan 1992-ci ilin oktyabrına qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin rəisi və nazir müavini vəzifələrində işləyib.

1996-cı ilin oktyabrından 1998-ci il martın 25-nə qədər Bakı Dövlət Universitetinin rektoru vəzifələrində çalışıb. 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidentidir.

1998-ci ilin martından 2013-cü il aprelin 18-nə qədər Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində işləyib.

2000-ci il yanvarın 28-dən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,2005-ci il aprelin 27-dən Rusiya Təhsil Akademiyasının xarici üzvü,2011-2014-cü illərdəTürkdünyası Riyaziyyat Cəmiyyətinin prezidenti,2013-cü ilin mayından AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, 2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.

2000-ci ildə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar elm xadimi” fəxriadına, 2001-ci ildə "Qızılqələm” media mükafatına,2006-cı ildə isə "Şöhrət” ordeninə,2011-ci ildə Dağıstan Respublikası Prezidentinin sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə "Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına,
2021-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ailəlidir 3 övladı var.



Ramiz Mehdiyevin istefası təsdiqlənməmiş,həmin posta onların adı çəkilir


İstefa verən Ramiz Mehdiyevin yerinə sonuncu namizəd kimi AMEA-nın vitse prezidenti Nərgiz Paşayevanın adı çəkilir.

Nərgiz Paşayeva 1962-ci ildə Bakı şəhərində anadan olub. 1968-1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb.
1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994-2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının müdiri vəzifəsində çalışıb.

2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə, 30 mart 2005-ci ildə isə professor elmi adına layiq görülüb.
2006-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləyib.

2006-cı ildən BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurasının sədridir.

2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2886 saylı sərəncamı ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olunub.

2009-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinin "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasının müdiridir.
2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Akademik Arif Paşayevin qızıdır.

2017-ci ildə AMEA-nın həqiqi üzvüdür və 2018-ci ildə AMEA-nın vitse-prezidenti seçilib.

Ailəlidir 2 övladı var.


Ramiz Mehdiyevin istefası təsdiqlənməmiş,həmin posta onların adı çəkilir



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi