azia.az
azia.az

Bu gözəllik məhsullarını almağa dəyməz!

Bu gün, 15:22

Bəzi məşhur gözəllik məhsullarının pul israfı olduğu və gözlənilən nəticəni vermədiyi bildirilir.


Xəbər verilir ki, gözəllik rutinində tez-tez yer alan bu məhsullar, əslində qısa müddətli təsir göstərir və uzunmüddətli fayda təmin etmir.


Selülit kremləri: Selüliti aradan qaldırdığı iddia edilən bu kremlər, yalnız müvəqqəti effekt yaradır.


Qırıq saç serumları: Saçdakı qırığı “bərpa etdiyi” deyilən serumlar qırığı yox edə bilmir, yalnız saçın səthini hamarlaşdırır.

 

Kollagen kremləri: Kollagen molekulları böyük olduğundan dərinin dərin qatlarına keçə bilmir. Buna görə bu kremlər dəridə kollagen artımına səbəb olmur.


Üz təmizləmə cihazları: Mütəxəssislərə görə, bu cihazlara ehtiyac yoxdur. Düzgün seçilmiş təmizləyici ilə əl ilə yuma kifayətdir.


Gözaltı kremləri: Gözaltı şişlik və qaralmanı azaltsa da, bu təsir müvəqqətidir.


Makiyaj salfetləri: Rahat istifadə olunsa da, dərini tam təmizləmir və uzun müddətli istifadədə dəri problemlərinə yol aça bilər.


Kağız maskalar: Dərini yalnız qısa müddətə nəmləndirir, qalıcı təsir göstərmir.


Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu tip məhsulların əvəzinə elmi olaraq təsdiqlənmiş və dəri tipinə uyğun vasitələrdən istifadə etmək daha məqsədəuyğundur.


Əminə Bayramova 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi