azia.az
azia.az

Sabitlik və İnkişaf mərkəzi ətrafında on minləri birləşdirən böyük bir mərkəzə çevrilib

Bu gün, 13:06

2003-cü il 15 oktyabrda ölkədə keçirilən prezident seçkilərində İlham Əliyev cənablarının böyük səs çoxluğu ilə ölkə əhalisinin səsinin qazanmasına baxmayaraq, ölkədə bir qrup qüvvələrr “beşinci kalon”un sifarişi ilə AXC-Musavat birliyi ictimai əsayişi pozdular və 15 oktyabr gecəsi Musavat partiyasının qarşısında bir qrup yüzlərlə insanın iştirakı ilə vətəndaşların arasında böyük bir çaşqınlıq yaratmaq istədilər. Sabahısı gün isə böyük bir cinayət törətdilər.
Belə bir zamnda ölkədə çaxnaşma yaratmaq istəyən qüvvələrin qarşısına çıxmaq, əhalini maarifləndirmək və daha böyük işlər görüb prezident İlham Əliyevə dəstək olmaq üçün Sabitlik və İnkişaf mərkəzinin yaranmasını labüdləşdirdi. Yaranmış vəziyyət bunu diqtə edirdi.
Bu baxımdan ictimai-siyasi xadim Rasim Məmmədovun rəhbərliyi ilə 2003-cü il 15 oktyabrda sabitlik və inkişaf mərkəzi təsis edildi. Elə həmin andan da fəaliyyətə başlayıb. Çox keçmədən sıraları genişlənməyə başladı. Azərbaycanın regionlarında da mərkəzin şöbələri yaradıldı. İnsanlar könüllü olaraq Sabitlik və İnkişaf mərkəzinə üzv olmağa başladılar. İndi ətrafında  on minləri birləşdirən böyük bir mərkəzə çevrilib. Bir çox layihələr həyata keçirilib. Bu layihələrə daxildir: əhalinin maariflənməsi, düzgün strategiya ilə inkişafa kömək, davamlı sabit həyat tərzi üçün, sosial inkişafa maneələrlə mübarizə. Bunu da mərkəz müvəffəqiyyətlə həyata keçirməyi bacarıb.
Sabitlik və İnkişaf Mərkəzinin yaranması “beşinci kalon”a ən tutarlı cavab idi. Artıq Sabitlik və İnkişaf Mərkəzinin yaranmasından 22 il ötür…
Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası elə məhz 2003-cü ildən qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi. Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu.
2003-cü il 15 oktyabrdan sonra cənab Prezidentin ölkə rəhbərliyinə gəlişi bir çox sahələrdə, o cümlədən əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi üçün hüquqi baza yaratdı.
 Sabitlik və İnkişav Mərkəzi də bu hüququ bazadan yararlanıb qarşısına məqsəd qoymaqla cəmiyyətdə hüquqi, sosioloji, mədəniyyət, səhiyyə, təhsil, iqtisadi və digər sahələrdə maarifləndirmə layihələrini həyata keçirməkdə davam edir. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi