azia.az
azia.az

Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu Şirkətlər Qrupu tərəfindən necə məhv edilir?.. -VİDEO

Bu gün, 12:57

Cəmiyyətdə bəzən böyük market şəbəkələri ilə bağlı yanlış təsəvvür formalaşır – guya bu şəbəkələr vaxtı keçmiş və istifadəyə yararsız məhsulları yenidən satışa çıxarır.

Veysəloğlu Şirkətlər Qrupu tərəfindən təqdim edilən reportaj isə bu iddiaların tamamilə əsassız olduğunu faktlarla nümayiş etdirir.

Şirkətin məlumatına görə, hər ay milyonlarla manat dəyərində məhsul istehlaka yararsız hesab edilərək satışdan çıxarılır və xüsusi qaydada məhv edilir. 2024-cü ildə bu məqsədlə məhv edilən məhsulların ümumi dəyəri 24,8 milyon manat, 2025-ci ilin ilk səkkiz ayı ərzində isə 21,1 milyon manat təşkil edib.

Göründüyü kimi, bu rəqəmlər kifayət qədər böyük olsa da, şirkət bu prosesi istehlakçıların təhlükəsizliyi və məhsul keyfiyyətinin qorunması naminə zəruri hesab edir. Veysəloğlu Şirkətlər Qrupu müasir və innovativ həllər vasitəsilə bu itkiləri minimuma endirmək istiqamətində ardıcıl addımlar atır.

Mövzu ilə bağlı hazırlanan ətraflı videoreportajı təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi