azia.az
azia.az

Sosial şəbəkələrdə "Sədərək" Ticarət Mərkəzində əlbəyaxa dava düşməsi ilə bağlı görüntülər yayılıb.

Bu gün, 19:10

Sosial şəbəkələrdə "Sədərək" Ticarət Mərkəzində əlbəyaxa dava düşməsi ilə bağlı görüntülər yayılıb.

Ajans.az-ın əldə etdiyi məlumata görə, insidentə səbəb Dövlət Reklam Agentliyinin əməkdaşlarının reklam lövhələrini sökmək istəmələri olub. Tərəflər arasında əlbəyaxa dava olub, nəticədə reklamçılar Ticarət Mərkəzindən qovulublar.

Ajans.az hadisə ilə bağlı Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Verilən məlumata görə, agentliyin əməkdaşlarının bəziləri xəsarət alıb, ekspertiza təyin olunub. Həmçinin agentliyin avtomobilinə zərər dəyib, araşdırma aparılır.

Agentlikdən verilən məlumatda bildirilir ki, qanunvericiliyə əsasən açıq məkanda reklam anlayışı mülkiyyət əsasında müəyyən edilmir. “Sədərək” Ticarət Mərkəzindəki reklam qurğuları Ticarət Mərkəzinin daxilində deyil, yol kənarından açıq şəkildə görünən, açıq məkana ünvanlanan sahələrdə quraşdırıldığından açıq məkanda reklam hesab edilir. Aparılan monitorinqlər nəticəsində müəyyən edilib ki, Ticarət Mərkəzinin kənarında yerləşdirilən bir sıra reklam daşıyıcılarının mövcud vəziyyəti rekam qurğularına dair tələblərə cavab vermir, yerləşdirildikləri ərazinin estetik görünüşünə mənfi təsir göstərir. Həyata keçirilən tədbirlər sahibkarlıq fəaliyyətinə müdaxilə deyil, qanunvericiliyin tələblərinin icrasıdır.

"Bildiririk ki, qarşı tərəfin iddia etdiyi məhkəmə qərarının məzmunu reklam daşıyıcıları ilə bağlı deyil, açıq məkanda reklam yerləşdirilməsinə icazə ilə əlaqədardır",- deyə agentliyin mətbuat xidmətindən bildirilib.

Son olaraq əlavə olunub ki, 13 oktyabr 2025-ci iltarixində Dövlət Reklam Agentliyinin əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində qeyd olunan qanunvericilik aktlarının icrası ilə əlaqədar, xidməti vəzifələrini yerinə yetirən zaman həmin vaxt sözügedən ərazidə olan bir qrup şəxs ictimai qaydanı kobud surətdə pozmaqla əməkdaşlarımıza qarşı zor tətbiq etmiş, həmçinin Agentliyə məxsus xidməti avtomobillərə ziyan vurublar.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi