azia.az
azia.az

Yüzlərlə MMC yaradıb “nağdlaşdırma” aparan şəxs tutuldu - Birgə işlədiyi qurumların siyahısı

Bu gün, 10:15

Cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri, musiqiçi Yasin Əhmədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Azia.az  APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Yasin Əhmədova ittiham olunduğu 177-ci və 189-cu maddələr üzrə baraət verilib. Ona 179.4-cü maddə ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri – musiqiçi Yasin Əhmədov adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə xüsusilə külli miqdarda dövlət vəsaitinin yeyintisində iştirakda ittiham edilib.
İstintaqa görə, Yasin Əhmədov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədrinin köməkçisi Samir Ramiz oğlu Abdullayev, Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Mənaf oğlu Xudiyev, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının direktoru Yaqub Şəmsi oğlu Məmmədov, "Abşeron Regional Elektrik Şəbəkəsi" MMC-nin direktoru Elman İsrafil oğlu Vəliyev, Xızı rayon Şorabad bələdiyyəsinin sədri Fazil Şükür oğlu İsmayılov, "Dəmiryolservis" MMC-nin sabiq direktoru Əli Əşrəf Orxan oğlu Lütfəlibəyov, "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin sabiq baş mühəndisi İsmayıl Lətif oğlu Sadıqov, Bakı Xoreoqrafiya Akademiyasının sabiq baş mühasibi Sahib Şakir oğlu Əzimovla əlbir olub.

Məlum olub ki, adları qeyd olunan şəxslər xidmət göstərilməsi üçün 299 şirkətə dəyərindən artıq dövlət vəsaiti köçürüblər. Ümumilikdə qurumlardan 5 milyon manatdan artıq pul köçürülüb, onun bir milyondan bir qədər çox hissəsi sahibkarlarla köçürmə edən vəzifəlilər arasında bölüşdürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi