azia.az
azia.az

Nəsimidə yaşıllıqların qətli davam edir – kimlər bu cinayətə göz yumur? //VİDEO + FOTO

Dünən, 18:20

Son günlər Nəsimi rayonu, İyirmi Yanvar küçəsinin sağ və sol hissələrində aparılan qanunsuz tikinti işləri bir daha sübut edir ki, paytaxtda “yaşıllaşma” şüarları yalnız kağız üzərində qalır.


"DogruXeber.tv" olaraq ərazidə apardığımız çəkilişlər zamanı məlum olub ki, bir zamanlar bu küçənin hər iki tərəfində çoxillik, müxtəlif cinsli yaşıllıq ağacları mövcud olub.


Həmin ağacların görüntüləri də "Kanal14" YouTube kanalımızın arxivində, həmçinin "DogruXeber.tv" saytının əvvəlki paylaşımlarında mövcuddur. Bu fakt təkzibolunmaz şəkildə sübut edir ki, bu gün tikinti aparılan yerlər əvvəllər yaşıllıq zonası olub.


Əslində isə həmin ağaclar illər öncə “görünməz bir gecə əməliyyatı” ilə məhv edilib. O vaxt ağaclar əvvəlcə nömrələnib, hasara alınıb, sanki qurbanlıq kimi hazırlanıb, daha sonra bir gecənin içində kökündən məhv edildi. Bu gün isə eyni ssenari yenidən təkrarlanır – 2-3 ədəd salamat qalmış ağacların da məqsədli şəkildə qurudulduğu və məhvə məhkum vəziyyətə salındığı aydın görünür.



Bu mənzərə qarşısında haqlı sual yaranır: bütün bunlar kimin icazəsi ilə baş verir?


Nə üçün Nəsimi Rayon İcra Hakimiyyəti susur? Bəlkə də bu sükutun arxasında torpağın hər qarışında ölçülən “faiz” payı dayanır?


Niyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi özünü görməzliyə vurur? Yoxsa ağac kəsmək artıq “ekoloji layihə” adlanır?


Şəhərsalma və Arxitektura Komitəsi bu cür qanunsuz tikintilərin qarşısını almağa borclu olduğu halda, niyə sadəcə seyrçi mövqedə qalır? Görəsən, bu dəfə “şəhərsalma planı” hansı məmurun şəxsi tikinti marağına uyğun salınıb?


"DogruXeber.tv" olaraq bildiririk ki, yaşıllıqların məqsədli şəkildə məhv edilməsi – bu, təkcə ekoloji yox, həm də ictimai vicdanın qətli deməkdir. Hər tikilən binanın kölgəsində bir ağacın ahı qalır. Amma görünür, bəzi “məsul şəxslərin” kölgəsi o qədər uzanıb ki, artıq gün işığı da onlardan utanır.


Bütün məsul qurumları bu məsələ ilə bağlı təcili araşdırma aparmağa, qanunsuz tikinti işlərini dayandırmağa və günahkarları ictimaiyyət qarşısında cavab verməyə çağırırıq.


Yaşıllıqlar bərpa oluna bilər, amma vicdan qırıldıqda onun kökü bitmir.


Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Mənbə:mənbə bu linkdir


Nəsimidə yaşıllıqların qətli davam edir – kimlər bu cinayətə göz yumur? //VİDEO + FOTO

Nəsimidə yaşıllıqların qətli davam edir – kimlər bu cinayətə göz yumur? //VİDEO + FOTO

Nəsimidə yaşıllıqların qətli davam edir – kimlər bu cinayətə göz yumur? //VİDEO + FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi