azia.az
azia.az

Azərbaycan və Monteneqro Ombudsman təsisatları arasında təcrübə mübadiləsi təşkil olunub

Bu gün, 15:58

İnsan hüquq və azadlıqlarının səmərəli müdafiəsi sahəsində bilik və bacarıqların artırılması məqsədilə xarici ölkələrin ombudsman təsisatları ilə təcrübə mübadiləsi Azərbaycan Ombudsmanının beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi əsas fəaliyyət istiqamətlərindən biridir. Bu qəbildən olan təcrübə mübadilələrindən biri də bu günlərdə Monteneqro Ombudsman təsisatı ilə birgə təşkil olunub.

Ayrı-seçkiliyin qarşısının alınması və hüquq bərabərliyinin təmini sahəsində təcrübə mübadiləsi aparmaq məqsədilə Ombudsman Aparatının bir qrup əməkdaşı Monteneqronun Budva şəhərində “Monteneqro və Azərbaycan Ombudsman təsisatları perspektivindən ayrı-seçkiliyin qarşısının alınmasına dair təcrübələr” mövzusuna həsr olunmuş təlim tədbirində iştirak edib.

Təlimdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları - Cavidan Qorçiyev, Vəfa Verdiyeva, Sevinc Şener, Fərqanə Məmmədxanova, Pərvin Rəhimov və Mikayıl Bayramov iştirak ediblər.

Tədbirin əsas məqsədi ayrı-seçkiliyin qarşısının alınması, gender bərabərliyi, qadınlara qarşı zorakılıq və məişət zorakılığı, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmin olunması və Ombudsman təsisatlarının bu sahədəki fəaliyyətinin gücləndirilməsi istiqamətində Monteneqro təcrübəsi ilə tanışlıq, eləcə də iki ölkə arasında səmərəli təcrübə mübadiləsini təşviq etmək olub.

Təlim çərçivəsində keçirilmiş plenar sessiya və panellərdə insan hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatlarının gender əsaslı zorakılıq, nifrət nitqinə qarşı mübarizədə rolu, beynəlxalq mexanizmlərin tətbiqi, əlilliyi olan şəxslərin bərabər imkanlara çıxışı, məlumatların toplanması və hesabatların hazırlanması, ictimaiyyət və media ilə əməkdaşlıq, eləcə də risk qrupunda olan şəxslərə proaktiv yanaşma kimi bir sıra aktual mövzular üzrə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, proqram çərçivəsində nümayəndə heyəti Monteneqronun İnsan Haqları və Azlıqların Hüquqları üzrə Nazirliyində olub, onların müvafiq sahədə, xüsusilə də gender bərabərliyi və həssas qrupların hüquqlarının müdafiəsinə dair həyata keçirdikləri fəaliyyətlə tanış olub.

Yekunda mövzu üzrə interaktiv fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi