Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır
Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədi ilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.
Qrupların komplektləşdirməsi prosesi 1-15 sentyabr tarixlərini əhatə edəcək. Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.
MİQ üzrə müsahibədən keçməyən müəllimlərin appelyasiyaya müraciət müddəti bitir