azia.az
azia.az

Maliyyə Nazirliyinin şirkəti ləğv olunur

Dünən, 14:00

Maliyyə Nazirliyinə məxsus “Maliyyə və uçot jurnalı redaksiyası” MMC ləğv olunduğunu elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verilir.

Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 135 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Maliyyə və uçot jurnalı redaksiyası” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 min manatdır.“Report” 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi