azia.az
azia.az

“AzerGold” QSC-nin yerlibazardasatış gəlirləri 238%artıb

20-06-2025, 16:14

 “AzerGold”-dan Azia.az-a verilən məlumata görə, Azərbaycanın qeyri-neft sektorunu təmsil edən əsas ixracatçı dövlət şirkətləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold” QSC ixrac əməliyyatları ilə yanaşı, yerli bazarın ən yüksək keyfiyyətli qiymətli metallara tələbatının ödənilməsi məqsədilə fəaliyyətini uğurla davam etdirir.

Belə ki, Səhmdar Cəmiyyəti tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində 3698 unsiya qızıl, 8827 unsiya gümüşün yerli bazarda topdan və pərakəndəsatışı həyata keçirilib. Bu ötən illə müqayisədə qızılın satışında171% artım deməkdir. Gümüş məhsullarının satışında isə 17% artıma nail olunub.

Cari ilin ilk 5 ayında qiymətli məhsulların daxili bazarsatışlarından 20.2 milyonmanat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə daxili satış gəlirlərində238% artım deməkdir.

Ümumilikdə, QSC-nin fəaliyyət dövrü ərzindədaxili bazarda 22 453 unsiya qızıl, 135 003unsiya gümüş məhsul satılaraq,95.4 milyon manat gəlir əldə olunub.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi