Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.
Bakupost.az xəbər verir ki, icra başçısı korrupsiya əməllərində şübhəli bilinir.,
Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.
Hazırda onlar Bakıya gətirilir.
***
Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.
Bakupost.az xəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.
Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.