azia.az
azia.az

Mahir Emrelinin yeni klubu məlum oldu

19-06-2025, 07:41

Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını Almaniyada davam etdirəcək. O, "Kayzerslautern" klubu ilə razılığa gəlib.

Bu barədə "Sky" portalının jurnalisti Florian Plettenberq məlumat yayıb.

M. Emreli yeni klubuna azad agent kimi qoşulacaq. O, 2-ci Bundesliqa klubu ilə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Kayzerslautern" başa çatan mövsümü 7-ci yerdə bitirib. Onlar sonuncu dəfə Bundesliqada 2011/12 mövsümündə mübarizə aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi