azia.az
azia.az

Tahir Kərimli partiyanın sədrliyindən getdi

14-06-2025, 12:58

Bu gün Vəhdət Partiyasının növbədənkənar VI qurultayı keçirilir.

 

Xəbərə görə, qurultayın gündəliyinə yeni sədrin seçilməsi, Baş Məclisin yeni üzvlərinin təsdiq olunması, Nizamnaməyə dəyişiklik və s. daxildir.

 

Partiyanın hazırki sədri Tahir Kərimli növbəti müddətə namizədliyini irəli sürməyəcək. O, sədr olmasa da, partiya həyatında bundan sonra da aktiv iştirak edəcək. Sədrliyə namizəd partiya sədrinin müavini, məşhur politoloq Adəm İsmayıl Bakuvidir. 

 

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

 

A.İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Elmlər doktorudur, yüzlərlə analitik və publisistik məqalələr, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir.

 

Qeyd: 1994-cü ildə yaradılan partiyaya 1998-ci ildən Tahir Kərimli rəhbərlik edib. T.Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995), Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı olub.

 

Nadir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi