İnsanlara bulaq suyu adı İLƏ görün nəyi satıblar-YASAMALDA DƏHŞƏT
Azia.az xəzərxəbər.az-a istinadən xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayonu Ağa Yusif Dadaşov ünvanındandır. Müxtəlif adlar və markalarda olan su qablarının əksəriyyətinin ağzı açıq, toz içindədir. Su daşıyan maşınlar da həmçinin. Ətrafı da məişət tullantıları bürüyüb.
Zirzəminin qarşısında 4 maşına su yüklənirdi. Sürücülərdən öyrəndik ki, onlar suyu sifarişlə aparırlar.
Məhəllə sakinləri də bu şirkətdən su almadıqlarını deyirlər. Hətta satış üçün aparılan qablardakı suyun krantdan doldurulduğu da iddia edilir.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin çıxarışın olmasına baxmayaraq, məhsulun etiketində mərkəzəşdirilmiş su xəttinə verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması faktı bəyan olunmalıdır. Əks tədqirdə bu yolverilməzdir. Agentliyin Bakı Regional bölməsi "Araz su" əmtəə nişanlı minerallaşmış su satışı ilə məşğul olan şirkətin fəaliyyətini araşdıracaq. Nəticəsi ilə bağlı da ictimaiyyətə məlumat veriləcək.
Azia.az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı hazırlanan videomaterialı sizlərə təqdim edir.