Adil Əliyev iddialaRA CAVAB VERDİ
Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı müxtəlif versiyalar səsləndirilir.
Gununsesi.info-nun sorğusunu cavablandıran Adil Əliyev barəsində səsləndirilən bu iddiaları cəfəngiyyat adlandırıb:
“Mənasız cəfəngiyyatlar danışırlar. Boş-boş söhbətlərdir. Mənim bu hadisəyə hər hansı bir bağlılığım yoxdur. Hamı kimi mən də mediadan oxumuşam. Ümumiyyətlə, hər zaman mənim haqqımda uydurmalar olur, ona görə də bunlara əhəmiyyət vermirəm”.