azia.az
azia.az

Şəxsiyyət vəsiqəsi üçün müraciət etdi, amma… - ELDAR MAHMUDOV HƏLƏ DƏ İSTİNTAQ ALTINDADIR

2-06-2025, 14:28

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə şəxsiyyət vəsiqəsi almaq istəyi baş tutmayıb.

Bu barədə Gununsesi.info-ya sabiq nazirin yaxın ətrafından verilən məlumatda deyilir.

Məlumata görə, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən Eldar Mahmudov onu yeniləmək istəsə də, məhdudiyyətlə üzləşib.

Buna səbəb isə Eldar Mahmudovun Baş Prokurorluqda  “MTN İşi” çərçivəsində istintaqa cəlb olunmasıdır.

Xatırladaq ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə Baş İstintaq İdarəsində bir neçə dəfə dindirilən Eldar Mahmudovun həbs edilməməsinə baxmayaraq, ölkədən çıxışına məhdudiyyət qoyulub.

 Elmar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi