azia.az
azia.az

Əfqan Cəlilov bu şəxsə 347 min AZN köçürür - Yaddaş kartı, bloknot, qələm, köynək, çanta, termos üçün / Görün kimdir

2-06-2025, 08:54

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) publik hüquqi şəxsi promo materiallarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi ilə müqavilə bağlayıb.

32gun.az xəbər verir ki, DDLA Fərid Hacı oğlu Şərifovla müqavilə imzalayıb.

Kotirovka metodu ilə həyata keçirilən satınalmanın ümumi məbləği 347.274 manat təşkil edir.

Müqavilə çərçivəsində yaddaş kartı, bloknot, qələm, köynək, çanta, termos, təbrik kartı və bukletin alınması nəzərdə tutulur.

Qeyd edək ki, Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini Əfqan Cəlilov icra edir.

Nilay


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi