azia.az
azia.az

Yol polisini təhdid edən sürücü həbs olundu

26-05-2025, 20:15

Yol polisini saxta görüntüləri internetdə yayacağı ilə bağlı təhdid edən sürücü həbs olunub.

 

Bakıda “Opel” markalı avtomobilin sürücüsü Sərxan Məmmədov saxlanılıb.

 

Eyni anda iki qayda pozuntusu edən sürücü saxlanılaraq barəsində protokol tərtib edilib. Sürücü DYP əməkdaşlarını şantaj etmək məqsədilə guya onlara pul verməsi ilə bağlı saxta videogörüntü çəkərək sosial şəbəkələrdə paylaşıb.

 

Əməkdaşla sürücü arasındakı dialoq yol polisinin yaxa kamerası ilə qeydə alınıb, şantajçı sürücü ifşa edilib.

 

Barəsindəki protokolun ləğvinə çalışan və əməkdaşları təhdid etməyə cəhd göstərən S.Məmmədov əməlini etiraf edib və həbs olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi