Hacettepe Universitetinin professoru MEK-də olub
İctimaiyyətlə əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə Türkiyənin Hacettepe Universitetinin İnformasiya və Sənəd İdarəetməsi fakültəsinin professoru, kitabxanaşünas alim Bülent Yılmaz AMEA Mərkəzi ElmiKitabxanasının qonağı olub, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşüb.![]()
MEK rəhbəri qonağa kitabxananın fəaliyyəti, fondları və rəqəmsallaşma prosesi haqqında ətraflı məlumat verib. O cümlədən kitabxananın beynəlxalq əlaqələrinə toxunan H.Hüseynov Türkiyənin iri kitabxananları ilə səmərəli tərəfdaşlıqların qurulduğunu diqqətə çatdırıb.![]()
Görüş çərçivəsində Türkiyəli alim MEK-in fondlarında olub, burada mühafizə olunan nadir nəşrlərə baxıb.![]()
Görüş əsnasında qonaq müasir standartlara cavab verən kitabxananın əhəmiyyətini də qeyd edib.