azia.az
azia.az

Universitet tərəfindən dayanıqlı inkişaf mövzusunda təlim keçirilib

19-05-2025, 17:55


İctimaiyyətlə əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə, “AzerGold” QSC-nin Dayanıqlı inkişaf üzrə tədbirlər planına uyğun olaraqİspaniyanınbeynəlxalqnüfuzluIE Universiteti (Universidad Instituto de Empresa) tərəfindən “Qlobal enerji sistemi, iqlim dəyişmələri və enerji keçidi” mövzusunda əməkdaşlar üçün təlim keçirilib.

Ali məktəblərin dünya reytinqində ön pillələrdə qərarlaşan universitetinprofessoru, enerji keçidi və dayanıqlı inkişaf sahəsində beynəlxalq ekspertDr. Ana DiazVaskesin moderatorluğu ilə keçirilən təlim qlobal enerji sistemində baş verən mühüm transformasiyalarvə enerji keçidi prosesindəki son yeniliklər barədə məlumatlılığın artırılması məqsədi daşıyıb.

Təlimdə əvvəlcə 2024-cü il də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə tutduğu mövqe, oynadığı rol və verdiyi töhfələrdən bəhs olunub.Daha sonra qlobal enerji sistemində baş verən mühüm transformasiyalarvə enerji keçidi prosesindəki son yeniliklərdəndanışan professor qlobal enerji sisteminin strukturu, ənənəvi və bərpa olunan enerji mənbələri, enerji istehsalı, ötürülməsi və istehlak zənciri barədə məlumat verib. Dr.A.D.Vaskes müxtəlif illərdə karbon qazı emissiyasına görə ön sıralarda qərarlaşan region və ölkələrin sıralamasını təqdim edib, ayrı-ayrı dövlətlərin iqtisadi artım fonunda karbon qazı izinin azaldılması istiqamətində fəaliyyətlərindən, əldə etdiyi təcrübələrdən danışıb.

Professor, həmçinin Azərbaycanın 2030-cu ilədək elektrik enerjisində bərpaolunan enerjinin payının 30%-ə çatdırılması istiqamətində hədəfinə toxunaraq, bu məqsədlə günəş, külək enerjisi kimi bərpaolunan enerji layihələrinə investisiyaların artırılması ilə bağlı çalışmaların iqlim dəyişikliyi ilə mübarizəyə müsbət təsirlərinin olacağını qeyd edib.

            Təlim sual-cavab sessiyasıvə mövzu ətrafında müzakirələrlə davam edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi