azia.az
azia.az

Baş Notarius Elşad Məmmədli sərxoş halda saxlanılıb?! -VİDEO

18-05-2025, 12:40

Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILIB? -İDDİA

Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin rəisi Elşad Məmmədli ilə Dövlət Yol Patrul Xidməti əməkdaşları arasında mübahisə yaranıb. Ajans.az xəbər verir ki, Gununsesi.info-nun xəbərinə görə, olaya səbəb Elşad Məmmədlinin sərxoş vəziyyətdə sükan arxasında olması olub. 

Belə ki, xidməti avtomobilində sükan arxasında olan idarə rəisi sayrışan işıqları yandıraraq, təhlükəli manevrlər edib. YPX-nin diqqətini çəkən bu hala görə ona saxlamaq işarəsi verilsə də Məmmədli tabesizlik göstərib. YPX əməkdaşlarının təqibindın sonra dayandırılan Elşad Məmmədli bu dəfə onlarla mübahisə edib və özünün toxunulmaz şəxs olduğunu bildirib. Yaranmış vəziyyət Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə məruzə olunub. Elşad Məmmədli yeni ədliyyə nazirinin yaxın dostu kimi tanınır. Görünür, bu səbəbdəndir ki, nazirlikdə onun bu hərəkəti barədə hüquqi ölçü götürülməyib. 

Mənbə Ajans.az .az . Azia.az blogu olaraq, peşə davranış qaydaları və KİV-ri haqqında qnununa əsasən qarşı tərəflə əlaqə saxlasaq da zənglərimizə cavab verən tapılmadı. qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi