Yeni sədr istefa verdi-BAYRAQ QALMAQALI DAVAM EDİR
Xəbər verilir ki, Saleh Səmədovun yerinə müvəqqəti təyin olunan Vahid Tağıyev də dünən müvəqqəti icra etdiyi İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən istefa verib. Bununla bağlı istefa ərizəsini o sosial şəbəkədə paylaşıb.
O, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyevə ünvanladığı müraciətdə xahiş edib ki, onu İmişli rayon Ağsaqqallar Şurasının sədri və şura üzvlüyündən azad etsin.