azia.az
azia.az

Hörümçək adam geyimində olan insanlar yolda qalanlara kömək etdilər / VİDEO

12-05-2025, 23:00

Vladivostok şəhərində Hörümçək Adam kostyumunda olan bir qrup gənc avtomobil itələyib.

32gun.az bildirir ki, bu barədə “Primorye və Vladivostok Xəbərləri” adlı Telegram kanalı məlumat yayıb.

“Vladivostokda qeyri-adi performans keçirən bir qrup ‘super qəhrəman’ görüntüləndi. Gənclər əhaliyə pozitiv əhval-ruhiyyə bəxş etmək üçün belə bir addım atıblar,” – deyə xəbərdə qeyd olunub.

Hadisə şahidlərinin çəkdiyi görüntülərdə dörd nəfərin ağ rəngli minik avtomobilini təpəyə doğru itələdiyi görünür. Ardınca həmin geyimdə olan şəxslərin iki müxtəlif avtomobildə Zolotoy körpüsü ilə hərəkət edib siqnal verdikləri əks olunub.

Qeyd edək ki, bundan əvvəl Yekaterinburqda Mercedes sürücüsünün bir qadını döydüyü bildirilmişdi. Görüntülərdə kişinin qadını təhqir etdiyi, daha sonra isə ona əl qaldıraraq telefonunu yerə saldığı görünür. Qadın başından zədə alaraq beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkən polisə müraciət edib.

Nilay 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi