Bloqer Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov övladlarından imtina edib.
Xəbər verilir ki, bu barədə Aysel özünün "Instagram" hesabında paylaşım edib.
O bildirib ki, Oqtay aliment ödəməmək üçün bu addımı atıb:
"Bu gün Nəsimi Rayon İcra Şöbəsinə, Vüqar Qaralovun yanına getdim. Əkizlərin atası dəvət olundu, çünki onunla bağlı cinayət işi açılıb. Otaqda kişilər ola-ola və öz övladının yanında dedi ki, uşaqlardan imtina edirəm. Vüqar Qaralov isə bildirdi ki, imtina edə bilərsən, amma aliment vermək məcburiyyətindəsən. Qarşı tərəf isə artıq heç bir şey deyə bilmədi. Dedi, imtina edirəmsə, niyə aliment verməliyəm?", - deyə Aysel Şükürova paylaşımda qeyd edib.
Qeyd edək ki, Aysel Şükürova "Bakı Lift-Təmir" İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızıdır.






Qüdrət Şükürovun korrupsiya yazışmaları ələ keçdi- Milyonluq korrupsiyanın Bakıdakı şahidi danışdı
“Baş liftçi”ni baş prokurorun təqdimatı ilə işdən qovublar - sensasion təfərrüat
Qüdrət Şükürovun lift korrupsiyasına görə ABŞ-da istintaq başladı
Sabiq “baş liftçi”nin işində yeni gəlişmə - ABŞ-dan istintaqçılar gəlir…
