azia.az
azia.az

Bu şəxslərdə insult və infarkt riski BUNA GÖRƏ YÜKSƏKDİR-DİQQƏT

25-04-2025, 08:51

Son aylar havanın temperaturu gah yüksək olur, gah da vəziyyət kəskin dəyişir. Bu da istər-istəməz insanlarda müəyyən narahatlıqlara yol açır.

Bu cür durum istər psixoloji, istərsə də, fiziki sağlamlığımıza necə təsir edir?


Azia.az bildirir ki, Globalinfo.az-a danışan tibb üzrə fəlsəfə doktoru Şadoğlan Cabbarov deyib ki, hava dəyişkənliyinin əsasən, psixoloji vəziyyətimiz və sinir sistemimiz üçün fəsadları var:

“Xüsusilə nevroloji poblemlər, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər bu kateqoriyada yer alırlar. Bəzi insanlarda daha ağır nəticələr müşahidə olunur. Məsələn, yüksək arterial təzyiqi olan şəxslərdə hipertonik krizin olması mümkündür. Onlarda qəfildən təzyiq yüksəlsə, insult və ya infarkt keçirə bilərlər”.

foto1 2

Şadoğlan Cabbarov

Mütəxəssis həssas insanlara tövsiyələr də verib:

“Əslində hava dəyişəndə bu cür insanlar öz hallarından xəbərdar olurlar. Onlara həm də profilaktik məqsədlə dərman qəbul etməyi məsləhət görərdim. Yaxud revmatizmi olanlar isti yerdə olmağa çalışsınlar. Ümumiyyətlə, risk faktorları müxtəlif olduğuna görə, uyğun tədbirlər görülməlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi