Regional Təhsil İdarəsində yeni TƏYİNAT
Təsildə mühüm dəyişikliklər barədə məlumat vermişdik. Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.Xəbər verilir ki, bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsi məlumat yayıb.
Məlumata görə, Rahim Ramiz oğlu Novruzov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Rahim Novruzov uzun müddət metodist, məktəb direktoru, Rayon Təhsil Şöbəsinin müdiri və sonuncu təyinata qədər Abşeron-Xızı Regional Təhsil İdarəsində Tədrisin Keyfiyyəti Sektorunun müdiri vəzifəsində çalışıb.