azia.az
azia.az

Baş nazir: Ermənistan Azərbaycana delimitasiya ilə bağlı yazılı təkliflər göndərib

16-04-2025, 12:42

Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı yazılı təkliflər göndərib.

Xəbər verilir ki, bu barədə baş nazir Nikol Paşinyan bildirib.

"Biz Azərbaycana prosesin davam etdirilməsinin məntiqi və konkret istiqamətinə dair yazılı təkliflər göndərmişik. İndi onların cavabını gözləyirik", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, təkliflər həm delimitasiyaya yanaşmaları, həm də işlərin davam etdirilməsinin təklif olunduğu sahələri əhatə edir. İlkin razılaşmaya əsasən, tərəflər şimaldan cənuba doğru - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişmə nöqtəsindən İran sərhədinə doğru hərəkət etməyi planlaşdırırlar. Ermənistan tərəfi növbəti mərhələnin hansı sahədə başlana biləcəyini göstərib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi