azia.az
azia.az

Əvəz Zeynallıya xərçəng diaqnozu qoyuldu

13-04-2025, 17:36

"Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı bildirib ki, ərinə xərçəng diaqnozu qoyulub.

O, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayıb.

Məlahət Zeynallının sözlərinə görə, "Xural” internet televiziyasının həbsdə olan rəhbərini Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər:

"Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, "biopsi” götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar”.

O bilidirir ki, bağırsağında olan bədxassəli şiş artıq "mütastaz” verib, xərçəng qara ciyərinə yayılıb: "Bu günlərdə "ximiya”ya başlayacaqlar”.

APA tərəfindən bu məsələ ilə bağlı Penitensiar xidmətə sorğu göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi