azia.az
azia.az

“Mining Review Afrika” nəşrində “AzerGold” QSC-nin “Ortakənd” layihəsi ilə bağlıgeniş məqalə dərc olunub

5-11-2024, 19:04

 Cənubi Afrika Respublikasının dağ-mədən sahəsi üzrə ixtisaslaşmış nüfuzlu “Mining Review Afrika” nəşrinin onlayn resursu – “miningreview.com” veb-səhifəsində “AzerGold” QSC-nin “Ortakənd” qızıl mədəni layihəsi ilə bağlı geniş məqalə dərc olunub. 

“AzerGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsinin Coğrafi informasiya sistemləri sektorunun müdiri Ələsgər Məmmədovun müəllifi olduğu məqalədə 2018-ci ildə “AzerGold” QSC-nin geoloqları tərəfindən Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həyata keçirilən geoloji axtarış işləri nəticəsində kəşf olunan “Ortakənd” qızıl yatağının geoloji tədqiqi çərçivəsindəkəşfiyyat, geoloji modelləşdirmə, resursların qiymətləndirilməsi, mədən dizaynı və optimallaşdırılması üçün qabaqcıl alətlər təklif edən  proqram həllindən istifadə edildiyi qeyd olunub.Vurğulanıb ki, dağ-mədən sahəsində innnovativ texnologiyalardan geniş istifadə edən “AzerGold” QSC-nin geoloji tədqiqatlarda tətbiq etdiyi proqram təminatı daha qısa müddət ərzində kəşfiyyat nəticələrinin əldə edilməsinə imkan verir.

Məqalədə “Ortakənd” qızıl yatağının istismarına hazırlıq işləri barədə də məlumat verilib, qarşıdakı illərdə açıq karxana üsulu ilə hasilat işlərinə başlanılmasının planlaşdırıldığı diqqətə çatdırılıb.

Xatırladaq ki, “Ortakənd” qızıl yatağı Naxçıvan Muxtar Respublikasında istismara verilməsi nəzərdə tutulan ilk qızıl yatağıdır. Yatağın yerin təkində qızıl ehtiyatı 542 min unsiya hesablanıb. Hazırda aşkarlanmış qızıl ehtiyatlarının geoloji-iqtisadi qiymətləndirilməsi, səmərəli hasilat və emal texnologiyasının müəyyənləşdirilməsi, həmçinin yatağın çıxarılabilən və satılabilən metal həcmlərinin hesablanması istiqamətində işlər davam etdirilir.

Yatağın istifadəyə verilməsi bölgədə iqtisadi aktivliyin artırılması, sosial inkişafa, yeni iş yerlərinin yaradılmasına mühüm töhfələrini verəcək.

Qeyd edək ki, “Mining Review Afrika” jurnalı və veb-səhifəsi Afrikanın mədənçıxarma sənayesinə dair xəbərlər, elmi araşdırmalar və məlumat mübadiləsi platformasıdır. Jurnal mədən sənayesi üzrə nüfuzlu şirkətlərin rəhbər şəxsləri də daxil olmaqla, 50 mindən çox oxucu auditoriyasına malikdir. 

Sözügedən məqalə ilə tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

“Miningreview.com” – https://www.miningreview.com/gold/azergold-shares-ggis-micromine-origin-beyond-experience/

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi