"Quseynoff" MMC-nin vergi borcu üzə çıxdı - FOTOFAKT
"Quseynoff" MMC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.
32gun.az xəbər verir ki, şirkətin dövlətə olan vergi borcu 150 min manatdan çoxdur. (152492.12 AZN)
Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan "Quseynoff" MMC-nin qanuni təmsilçisi, sahibi Emin Hüseynov Zahid oğludur.
Qeyd edək ki, Emin Hüseynov “TikTok”da “Quseynoff_009” ləqəbi ilə tanınır.
Emin Hüseynov aktiv olaraq istifadə etdiyi "Quseynoff_009" "tik tok" hesabında bazar qiyməti orta hesabla 1 milyon manat olan "Mercedes-Benz GL Serisi" markalı avtomobilini də reklam etməkdən çəkinməyib.
Ayxan