azia.az
azia.az

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

10-04-2024, 09:07


 İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edir. 

 İxrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri, eləcə də Xidmətin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri bayram günlərində - 12 və 13 aprel tarixlərində fəaliyyət göstərəcək. 

 Qeyd olunan bayram günlərində sahibkarlıq subyektləri mənşə sertifikatını əldə etmək üçün yuxarıda qeyd edilən ünvanlara müraciət edə bilərlər.

 

Məlumat üçün bildirək ki, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının xidmətlər bölməsi (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) üzərindən həyata keçirilir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi