“Hər küçədə bar var, 16 yaşlı qızdan tutmuş 70 yaşlı arvada kimi...”
Azia.az blogu-2024-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində 440,4 milyon manatlıq içki və tütün məhsulları satılıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Komitədən bildirilib ki, bu ilin ilk iki ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,4 % faizi içki və tütün məhsullarına sərf olunub.
Bəs görəsən cəmiyyətdə spirtli içkilərə və tütün məhsullarına meylin bu qədər yüksək olmasının səbəbi nədir?
Mövzu ilə bağlı yenisabah.az-a danışan tanınmış yazıçı-jurnalist Anar Vəziroğlu bildirib ki, əsas problem bu sahədə maarifləndirici təbliğatın aparılmaması ilə bağlıdır: "Hərtərəfli baxsaq, nəinki son iki ay, ümumiyyətlə son illər bütün məhsulların qiymətində yüksəlmə baş verib. Amma adət-ənənəmizə zidd olan spirtli içki və tütün məhsullarına tələbatın artımı beynəlxalq miqyasda istehsal gücünün həddən artıq olması ilə bağlıdır. Bu dəqiqə Azərbaycanda spirtli içki istehsal edən müəssisələrin sayı ən azı 60-a qədərdir. Əslində, hamısının tərkibi eynidir, sadəcə qablaşdırmada müəyyən fərqlər var. Son vaxtlar, xüsusən Avropa ölkələrində yayımlanan seriallara və kinolara baxıb qadınlarımızın də müəyyən hissəsi spirtli içkilərə və siqaretə meyillənir. Son 30 il ərzində qadınlarımızda içkiyə meyil həddən çox artıb. Əvvəllər Bakıda yalnız 2-3 yerdə barlar var idi, amma indi hər rayonun hər küçə və tinində barlar işləyir. Gedin baxın, əksəriyyət də qadınlardır. Yaşından asılı olmayaraq, 16 yaşından tutmuş, 60 yaşına qədər qadınlar görə bilərsiniz. Hətta inanın ki, 70 yaşında da var. Ən əsas problem insanların maariflənməsi və bu istiqamətdə düzgün təbliğatın aparılmamasıdır. Mənim özüm siqareti tərgitməmişdən əvvəl günə 3 qutu siqaret çəkirdim".
"Cəhənnəmin məkanı olmur. İstər qayadan yıxılıb öldün, istər traktorun içində öldün, istər isti yorğan-döşəkdə öldün, ölümün məkanı yoxdu. Xatırlayırsınızsa, sovet dövründə Azərbaycanda arağın, çaxırın ən çox yayıldığı dövrdə evlərdə kustar üsulla içkilər də hazırlanırdı. Bu o deməkdir ki, bizim millətdə içkiyə meyillik əzəldən də olub. İndi bəziləri deyir ki, içkini xristian ölkələrində daha çox içirlər, bu yalan söhbətdir. Sadəcə Azərbaycanda bəzi spirtli içki növləri var ki, onlara daha çox tələbat var. Məsələn, araq çox, konyak isə az içilir. Çox qəribədir ki, bizdə elə ən ucuz içki konyakdır. Halbuki xarici ölkələrdə ondan biraz içirlər və xumarlanırlar. Sədi Şirazinin, Nizaminin, Füzulinin əsərlərində də dəfələrlə "saqi" ifadəsi qeyd olunur. Bu söz şərab paylayan deməkdir. Yəni içkiyə meyillilik hər zaman akual olub. Amma əndrəbadi şəkildə istifadə olunan dövr məhz indiki dövrdü".