Bir günlük ərəb şeyxinin arvadı olan azərbaycanlı qızdan cazibədar FOTOLAR
Məşhur azərbaycanlı model Samira Ağayeva yeni işləri diqqətləri üzərinə çəkməyi bacarıb.
Azia.az xəbər verir ki, reklam çəkilişi üçün İndoneziyaya yola düşən model, daha bir maraqlı layihəyədə iştirak edib. Məşhur ərəb brendi üçün kameralar qarşısına keçən gənc model, cazibədarlığı ilə fotolara rəng qatıb.
Stilist kimi bu peşəyə başlayan Samira, Dubayda modellik təklifi alıb və beləcə modellik karyerası başlayıb. Bir neçə beynəlxalq müsabiqənin qalibi olan model, hazırda Dubayda yaşayır.
Qeyd edək ki, mətbuat onu “Bir günlük ərəb şeyxinin həyat yoldaşı” olması ilə tanımışdı. Belə ki, model gəlinlik geyimində baş tutan fotosessiyası ilə özündən söz etdirə bilmişdi.
Azərbaycanlı modelin bir neçə fotosunu təqdim edirik: