"Müəllimlər buna görə repetitorluq edirmiş "-NAZİRDƏN AÇIQLAMA
Yaxın 5 ildə Qarabağ universitetində tələbə sayının 5000-ə çatdırılması planlaşdırılır.
Referans.az xəbər verir ki, yeni tədris ilində ilkin olaraq 6 fakültə - pedaqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, beynəlxalq münasibətlər üzrə 1000 tələbə təhsil alacaq.
Xankəndidə fəaliyyət göstərəcək Qarabağ universitetinə yüksək balla qəbul olacaq tələbələrə həvəsləndirici təqaüd də veriləcək.
Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə dərsdən sonra repetitorluqla məşğul olması məsələsinə münasibət bildirdi. Bunun müəllimlərin maaşının yüksək olmamasından qaynaqlandığını dedi. Emin Əmrullayev qeyd etdi ki, bu il əlavə olaraq 25-30 min təhsilverən üçün sertifikatlaşdırılma həyata keçiriləcək.
Daha ətraflı video-materialda: