azia.az
azia.az

“Orbita” MTK generalın adıyla binanı sökərək vətəndaşları hədələyir: İcra başçısı da susur - VİDEO

3-05-2023, 14:09

Son vaxtlar tikinti  şirkətlərinin qanunsuz əməlləri barədə mətbuatda mütəmadi məlumatlar dərc olunur. Vətəndaşlar narazı salınır.  Sakinlərə kompensasiyalar verilmir. Qeyd olunur ki, generala məxsus tikinti şirkəti Bakı şəhərində insanları narazı salmaqla böyük bir narazı təbəqə hazırlayır. Bu da aparılan dövlət siyasətinin birbaşa əleyhinədir. Dövlət və cəmiyyət arasında keçilməsi mümkün olmayan uçurum yaradır. Elə söhbət açacağımız tikinti şirkəti də bu qəbildəndir. Verilən məlumata görə, Bakının Nizami rayonunda “Orbita” MTK binanı sakinlərindən razılıq olmadan sökür.
Azia.az xəbər verir ki, bu, vətəndaşları narazı salıb, müvafiq qurumlara müraciət edilsə də, nəticə olmayıb. Bildirilir ki, bunun arxasında gözəgörünməz general dayanır.
Bildirilib ki, məsələ ilə bağlı icra başçısı Coşqun Cəbrayılov məlumatlandırılıb, onun belə, müdaxilə imkanları yoxdur. 

Geniş yazını araşdırma bitdikdən sonra təqdim edəcəyik. Biləcəksiniz ki, adı hallanan generalla birlikdə bu işdə daha kimlər var.

Video



Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi