"Orbita MTK"-dan ölkə rəhbərliyinə şikayət: "Famil Bağıyev adamlarına və puluna güvənərək..."
AZƏRBAYCAN RESPUBLİKASININ 1-ci VİTSE PREZİDENTİNƏ,
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ cənab Ə,ƏSƏDOVA,
AZƏRBAYCAN RESPUBLİKASI PA-nın rəhbəri cənab S.NURİYEVƏ,
AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRİ CƏNAB M.CABBAROVA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORU cənab K.ƏLİYEVƏ,
AZƏRBAYCAN RESPUBLİKASININ FHN- cənab K.Heydərova,
AZƏRBAYCAN RESPUBLİKASININ ETSN-ri cənab M.Babayevə,
AZƏRBAYCAN RESPUBLİKASININ Daxili İşlər naziri cənab V.EYVAZOVA,
DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsi rəisinə,
DİN-nin Baş Cinayətkarlığa QARŞI Mübarizə idarəsinə,
DÖVLƏT TƏHLÜKƏSİZLİK XİDMƏTİ rəisi cənab ƏLİ NAĞIYEVƏ,
BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI CƏNAB E.ƏZİZOVA,
OMBUDSMAN APARATININ SƏDRİNƏ,
BAKI ŞƏHƏR PROKURORLUĞUNA
AZƏRBAYCAN RESPUBLİKASININ MƏTBUAT ORQANLARINA.
Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küç, 7 yaşayan sakinlərdən Şirinov Allahverən Kamil oğlu tərəfindən
"MM ORBİTA –Ltd MMC-yə məxsus Orbita MTK tərəfindən Biz 2 mərtəbəli binanın sakinlərinin şəxsiyyətinə, mülkiyyətinə qarşı törətdikləri qanunsuz hərəkətlərindən”
Ş İ K A Y Ə T
Çox hörmətli cənab Prezident!
Sizə indiki müharibə gedişi zamanı, torpaqlarımızın azad olunması yolunda göstərdiyiniz haqq işinin davam etdirdiyiniz bir dövrdə biz sakinlərin son ümid yeri kimi Sizə müraciət etməkdən başqa çarəmiz qalmamışdır. Belə ki, son illər yaşadığımız 2 mərtəbəli köhnə tikili binanın düz yanında Orbita MTK tərəfindən hündürmərtəbəli binalar tikilir. Əvvəlcədən onu bildirmək istəyirik ki, özlərini iş adamı kimi təqdim edən bu adamlar heç bir tikinti norma və qaydalarına riayət etmədən yaşayış yerimizdə tikinti işlərinə başlamış və biz sakinlərin həyatını təhlükəyə atmaqla yanaşı, dincliyimizi pozmuş, ekoloji vandalizm törədərək məhəlləni tikinti zibillərilə doldurmuş, gediş-gəliş yerimizi axıtdıqları çirkab suları ilə gölməçələr yaratmış, toz və tikinti qırıntılarını başımıza ələməklə həyatımıza təhlükə yaratmı, saldıqları səs-küydən evin içində əsəblərimizi korlamışlar. Nizami rayon İcra başçısı olmuş Arif Qasımovun və Bakı İH başçısı olmuş H.Abutalıbovun biz yerli sakinlərin razılığı belə olmadan başımızın üstündə tikinti meydançası yaratmaları və hem bir təhlükəsizlik şərtlərinə riayət etməmələri nəticəsində onlara belə bir tikinti aparılmasına verilmiş icazələrin də sərəncamların da qanunsuz olması və maddi maraqların təmin olunması hesabına belə sənədləşmənin aparılması baş tutmuşdur.
Baxmayaraq ki, Orbita MTK rəhbərliyinin bu özbaşnalıqları barəsində dəflərlə aidiyyatı üzrə müraciətlər etsək də nəticəsi olmamaışdır. Buna baxmayaraq gecə saatlarında tikinti işləri aparır, məhəllədə olan çoxsaylı Eldar şamlarını məhv edərək kəsib atmışlar. Amma Ekologiya Nazirliyi susur, özünü passiv tamaşaçı yerinə qoyur. Digər tərəfdən cənab prezident Siz şəxsən rəsmi göstəriş vermisiniz ki, yaşayış məhəllələri arasında hündürmərtəbəli binaların tikintisinə yol verilməməsinə dair tapşırırq vermisiniz. Yəni, məhəllədə hava axınının dövriyyəsi, şəxsi nəqliyyat vasitələrinin yerləşməsi, uşaq meydançalarının sökülərək yerlərində binaların tikintisi qadağan olunsa da Orbita MTK öz işindədir. Bu MTK-nın rəhbərliyi, başda Bağıyev Famil Qambay oğlu olmaqla biz sakinləri ümumiyyətlə nəzərə almır. Sanki, biz bu məhəllədə yaşayan artıq adamlarıq. Budur, tikinti zamanı ağır texnikaların hərəkətindən evlərimizin divarlarında çatlar əmələ gəlmiş, yararsız hala düşmüşdür. Sabah kiçik bir zəlzələ baş versə, bütün ailələrin faciəsi yaşana bilər. Və belə olan halda bütün məsuliyyət yerli və mərkəzi icra hakimiyyətləri rəhbərlərinin üzərinə düşəcəkdir.
Budur, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "respublika şəhərsalma və arxitektura komitəsinin, ORBİTA MTK-ya dəflərlə bildiriblər ki, biz sakinlərin tam köçürülməsi təmin edilmədən hər hansı söküntü işinin aparılması təhlükəsizlik və tikinti normalarına əsasən qadağandır” göstərişi olsa da Famil Bağıyev adamlarına və puluna güvənərək Azərbaycan QANUNLARINI Qəmla kimi tanımaq istəmir, əksinə bizə həqarət edir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq aidiyyatı orqanlardan tələb edirik ki, Orbita MTK ya biz sakinlərin həyatının təhlükəsizliyini təmin etmək üçün bizi birdəfəlik buradan köçürsün, ya da dərhal törətdiyi özbaşnalığa son qoyaraq qanunsuzluğunu dayandırsın. Xahiş edirik ki. orbita MTK-nın son illərdə göstərdiyi qanunsuz fəaliyyəti araşdırılsın və qanuni tədbir görülsün, biz də əvvəlki tək rahat həyatımıza davam edək.