azia.az
azia.az

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatdı ( VİDEO)

8-02-2023, 09:27


Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay açıqlayıb.

O əlavə edib ki, zəlzələ nəticəsində 5 775 bina dağılıb.
Qeyd edək ki, bu dəqiqəyə kimi ağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. 

Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi