azia.az
azia.az

“Zəngilanın İranla sərhəddəki Ağbənd qəsəbəsində İsrail konsulluğu açılmalıdır” - Əziz Əlibəyli

25-10-2022, 18:44

“Birinci növbədə Azərbaycan İsraildə səfirlik açmalıdır. Hələ ki, bu, regional maraqlar kontekstində mümkün olmayan məsələyə çevrilib. Amma artıq bölgədə resurslar dəyişdiyindən bunu təcili şəkildə həyata keçirməliyik. Yaxşı olardı ki, Azərbaycan İsraildə konsulluğunu açsın”.

Bu sözləri açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli İranın Ermənistanın Qafan şəhərində Baş konsulluq açmasına münasibət bildirərkən dedi. Onun fikrincə, bütün bunlara cavab olaraq, İsrailin konsulluğu da Zəngilanın Ağbənd qəsəbəsində açılmalıdır:

“Ağbənd dövlətimizin həm sinir, həm də sınır ucudur. Həm Azərbaycanın indiki coğrafiyasında sərhədinin bitdiyi yerdir, həm də dövlətin əsəb sistemidir. Çünki bu ərazi həm Ermənistanla, həm İranla sərhəddir. 30 km qərbə doğru Naxçıvana çıxışı var, 11 km digər istiqamətdə də Türkiyə ilə sərhəddir. Dünyada çox az belə bir ərazi vahidi ola bilər ki, bütün ölkələrə eyni məsafə, eyni dərəcədə əhəmiyyətli olsun. Bu, bizim dünya prizmasından, hətta nəinki regional, beynəlxalq maraqların belə gəlib toqquşa biləcəyi mərkəzdir. Mən təklif edirəm ki, İsrailin konsulluğu burada açılsın. Necə ki, həmin bölgədə İsrailin müxtəlif kənd təsərrüfatı şirkətləri fəaliyyət göstərir, camış ferması və sair bunun sübutudur. İran da bunu adlandırır ki, bölgədə sionist rejim var və İranın maraqlarına ziddir. Kənd təsərrüfatı fəaliyyəti necə zidd ola bilər ki?”.

Siyasi şərhçinin fikrincə, gedən siyasi proseslərin davamı kimi İsrailin Azərbaycanda konsulluğu açılmalıdır.

“Rusiya Azərbaycan əleyhinə açıq mövqe qoydu. Rəsmi şəkildə Azərbaycan ölkəmizdən kənarda yaşayan soydaşlarımızın taleyi məsələsi ilə bağlı öz gələcək ideologiyasını elan etdi. Rusiyanın da 1-ci kanalı baş verənlərə dair açıq şəkildə münasibət bildirdi. Amma bunun davamı gəlməlidir. Qoy bu da olsun Ağbənd qəsəbəsində İsrail Konsulluğu”, - deyə Əziz Əlibəyli vurğuladı.

Nərmin VÜQARQIZI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi