azia.az
azia.az

Qarabağ savaşının parlaq siması

15-10-2022, 09:49


Azərbaycanın apardığı 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Danılmaz faktdır ki, müharibənin bu mərhələsi tariximizə qızıl hərflərlə yazıldı. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi.

Qarabağın işğaldan azad olunması uğrunda döyüşən ən parlaq simalardan biri də Yusifov Abbas Kərim oğludur. Gəlin döyüşçümüzü tanıyaq.

Yusifov Abbas Kərim oğlu 29 may 1973-cü il Laçın rayonunun Minkənd kəndində anadan olub. 1980-1990-cı illərdə Minkənd kənd tam orta məktəbində təhsil alıb. 1991-ci ildə iyun ayında Sovet ordu sıralarına çağırılıb.

Azərbaycan Respublikası müstəqilliyini elan edildikdən sonra Sovet ordusunda xidmətdən imtina etmiş, Azərbaycan Respublikasında ilk yaranan N saylı hərbi hissədə xidmətə başlayaraq alayın ilk 7 əsgərindən biri olmuşdur.

1992-ci il may ayının 18-nə qədər alayın rabitə bölüyündə rabitəçi olmuş, sonrakı dövrlərdə kəşfiyyat-diversiya və aktiv döyüş əməliyyatlarında iştirak etmişdir.

1992-ci ilin noyabr ayında kəşfiyyat xarakterli qrupa rəhbərlik edərək Minkəndə getmişdir.

Döyüş əməliyyatlarında bir neçə dəfə yüngül yara alsa da, sağaldıqdan sonra döyüşə davam etmişdir. 1993-cü ildə 811 saylı Alay ləğv olunduğuna görə 701 saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun Kəlbəcər əməliyyatlarında qəhrəmanlıqlara imza atmışdır. 

701 saylı Hərbi hissənin tərkibində döyüşərək Zod kəndinə qədər gedib çıxmışdır.

Çox çətin təbii şərait və ağır döyüşlər nəticəsində hərbi hissə böyük itkilər verərək 1994-cü ilin fevral ayında Kəlbəcərdən çıxarılmışdır. Hərbi hissə yenidən formalaşdırılaraq 1994 -cü ilin mart ayında Füzuli rayonunun işğaldan azad olunması üçün döyüşə başlamışdır.

Füzuli rayonunun Aşağı Seyid Əhmədli kəndi uğrunda ğedən döyüşlərdə ağır kontuzya(qapalı kəllə-beyin travması) alsa da döyüşü tərk etməyərək döyüşlərə davam etmişdir. Həmçinin Abbas Yusifov 1994-cü ilin aprel ayında Ağdam, Tərtər bölgəsində döyüşlərə qatılmışdır.

30 aprel 1994-cü ildə Ağdam rayonunun N.Əmirli kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Elə həmin il, yəni 1994-cü ildə Mərkəzi Zabitlik Kursunu bitirmişdir. 

Ümumiyyətlə, 1991-96-cı illərdə Laçın, Qubadlı, Kəlbəcər, Fizuli, Tərtər, Ağdam rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərin birbaşa iştirakçısı olmuşdur. 

1996-cı ilin avqust ayında ordudan tərxis olunmuş və hal-hazırda II qrup Qarabağ əlilidir.

Subut Mehdiyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi