O bildirib ki, hər bir insan sözünün ağası olmalıdır, real danışmalıdır: "Biz nədən ağa qara deməliyik? Bəzi nankorlar Vətən müharibəsində qazandığımız uğuru etiraf etmirlər. Azərbaycan Ordusu möhtəşəm qələbə qazanıb, 300-ə yaxın kənd və şəhər işğaldan azad olunub. Bunu inkar edənlər məni 100 dəfə söysünlər, təsir eləmir. Ağlı olan adam başqasını təhqir etməz. Baxırsan, cəmiyyət haqqında mənfi fikirlər yayırlar. Ziyalıları, alimləri, deputatları, məmurları təhqir edirlər. Yaxşı, bu ölkədə saf adam qalmadı? Bu, azərbaycanlı olaraq bizə yaraşan xüsusiyyət deyil. Ümumiyyətlə, insan söyüşlə danışmaz. Nöqsanlarımızı deyək, amma hər şeyə qara yaxmayaq".

Azərbaycanda şok: Toylarını xeyirxah insanlar edən gənclər efirə çıxıb daha möhtəşəm toy istədilər- Təfərrüat
M.İbrahimov küçəsində yerləşən “Enjoy” adlı iaşə obyektinin qarşısında KÜTLƏVİ DAVA-HƏBS OLUNANLAR VAR

Bu tarixdə Ay yerə çox yaxınlaşacaq